
I Divizionda yarışmaq istəyinə düşən bölgə təmsilçilərinin sırasına yeni ad əavə olunub.
Bu dəfə «Göygöl» Peşəkar Futbol Liqasına müraciət edib.
Cari mövsüm Region Liqasının qərb zonasında mübarizə aparmış komanda birinci dəstəyə hazır olduğu barədə təşkilatçı qurumu məlumatlandırıb.
Ümumiyyətlə, yeni mövsümdə I Divizionda çıxış etmək fikrinə düşən namizədlərin sayı 20-dən çoxdur.
Onların arasında vaxtilə fəaliyyətini dayandırmış «Bakılı» və «Şuşa-Qarabağ» da var.
SPORTİNFO.AZ