“Xan Lənkəran”ın prezidenti: “AFFA müstəqil klubların olmasında maraqlı deyil”

7 İyun 2022 21:20 Region Liqası 1 948
“Xan Lənkəran”ın prezidenti: “AFFA müstəqil klubların olmasında maraqlı deyil”

“Mənim klubun fəaliyyətini dayandırmaq fikrim yoxdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Xan Lənkəran”ın prezidenti Pərviz Hüseynov deyib.

AFFA tərəfindən I Diviziona buraxılmayan klubun rəhbərliyi inadını davam etdirir.

Federasiyanın “Araz Naxçıvan”, “İmişli” və “Mingəçevir”ı Region Liqasından irəli çəkdiyi halda, onlara qarşı haqsızlıq edildiyini düşünən cənub təmsilçisinin başçısı bunları söyləyib:

“Ötən 1 il ərzində Lənkəran futbolu üçün az iş görməmişik. Başladığımız işləri yarımçıq qoymaq fikrində deyilik.

Akademiyanı formalaşdırmağa davam edəcəyik. Neçə yaş qrupu üzrə komanda yaratmışıq. Uşaqlar heyifdir, onlara diqqət lazımdır.

AFFA-nın “Xan Lənkəran”a necə münasibət bəsləməsindən asılı olmayaraq, biz cənub bölgəsində futbolun ənənələrini yaşatmaq üçün əlimizdən gələni edəcəyik.

Əsas komandanı da dağıtmaq niyyətində deyilik. Diviziona buraxılmasaq, bu komandanı Türkiyəyə aparacam.

Qardaş ölkənin aşağı liqalarından başlayaraq orada çıxış edəcəyik. Belə bir məsələ gündəmdədir.

Əlbəttə, mən istərdim ki, doğma Azərbaycanda futbolun inkişafına yardımçı olum.

Ancaq görürəm ki, AFFA müstəqil klubların olmasında, çempionata yeni nəfəs gətirməsində maraqlı deyil”.

Digər Xəbərlər
Xəbər Lenti