“Bilmək olmaz, bəlkə komandamıza da Divizionda iştirak imkanı verilər”

1 İyun 2022 21:00 Region Liqası 1 175
“Bilmək olmaz, bəlkə komandamıza da Divizionda iştirak imkanı verilər”

“Qarşıda bizi beynəlxalq oyunlar gözləyir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Cəbrayıl”ın prezidenti və baş məşqçisi Cavid Hüseynov deyib.

UEFA Region Kubokunun 2022/2023-cü illər mövsümünün ilkin mərhələsinin oyunları 23-29 iyun tarixlərində Azərbaycanda keçiriləcək.

“Cəbrayıl” ölkəmizi bu turnirdə təmsil edəcək. Region Liqasının 2021/2022-ci illər mövsümünün qalibi ilkin mərəhələnin 2-ci qrupunda Belarus komandası ilə qarşılaşacaq.

İlkin mərhələnin 1-ci qrupunda isə Gürcüstan, Qazaxıstan və Estoniya təmsilçiləri mübarizə aparacaq.

Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq və qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandasına rəqib olacaq.

Qarşısında duran hədəflərə baxmayaraq, Hüseynov “Cəbrayıl”la üzülüşmək niyyətində deyil:

“Cəbrayıl”ı iyundakı matçlara hazırlayacam. Yalnız bundan sonra digər təkliflərin icrasına başlamaq olar.

Bilmək olmaz, bəlkə Region Liqasının qalibi kimi komandamıza da Birinci Divizionda iştirak imkanı verilər. Belə olacağı təqdirdə, “Cəbrayıl”da qalaram.

Lakin hansı klubda işləməyimdən asılı olmayaraq, “Cəbrayıl”ın rəhbərliyində fəaliyyətim davam edəcək”.

Digər Xəbərlər
Xəbər Lenti