"Sabah" "Qəbələ"nin futbolçusunu aldı

21 May 2020 11:20 Qəbələ 732
"Sabah" "Qəbələ"nin futbolçusunu aldı

"Qəbələ”nin futbolçusu Amin Seydiyev “Sabah” klubuna transfer olunacaq.

Sportinfo.az əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçinin paytaxt klubuna keçidi ilə bağlı razılıq əldə olunub.

“Qəbələ” və “Sabah” arasında razılaşma 2019/2020 mövsümünün ardından qüvvəyə minəcək. Həmin vaxtdan futbolçu karyerasını Bakı təmsilçisində davam etdirəcək.

Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Amin Seydiyev əsas komandada 2017/2018 mövsümündə debüt edib. O, 39 oyunda 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti