Nigeriyalı hücumçu "Qəbələ"də

9 May 2020 17:38 Qəbələ 1 040
Nigeriyalı hücumçu "Qəbələ"də

Hazırda icarə əsasında "Hapoel"də (Kiryat-Şmona) çıxış edən Ceyms Adeniyi cari mövsümün sonunda, müqavilə üzrə məxsus olduğu "Qəbələ"yə qayıdacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a nigeriyalı hücumçunu özü məlumat verib.

28 yaşlı hücumçu bildirib ki, "qırmızı qaralar"la müqaviləsi var və hələ də bu komandanın oyunçusudur. O artıq İsraildə klubların məşqləri bərpa etdiklərini və mayın 30-da liqaların qaldığı yerdən davam etdiriləcəyini də diqqətə çatdırıb.

2018-ci ilin yayında "Qəbələ" ilə 3 illik müqavilə imzalamış Ceyms Adeniyi ötən mövsüm 31 oyuna 12 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM