"Mən işləməyə hazıram, səbirsizliklə şansımı gözləyəcəm”

18 Aprel 2020 16:15 Qəbələ 591
"Mən işləməyə hazıram, səbirsizliklə şansımı gözləyəcəm”

“Qəbələ”nin sabiq baş məşqçisi Roman Qrirqorçuk yenidən ölkəsi Ukraynada işləməyə hazır olduğunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 55 yaşlı mütəxəssis “Futbol 1” kanalına müsahibəsində deyib.

Bu ilin qışında “Astana” ilə müqaviləni ləğv edən Qriqorçuk hazırda işsizdir. O, “Ukraynada yenidən çalışmaq istərdizmi” sualına cavab olaraq deyib: “Mənim bununla bağlı böyük arzum var. İşləməyə hazıram və səbirsizliklə öz şansımı gözləyəcəm”.

Qriqorçukun adı Kiyev “Dinamo”su ilə də hallanır. O, bir müddət əvvəl “Dinamo”, hətta Ukrayna millisində işləməyə etiraz etmədiyini söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti