Premyer Liqa təmsilçisi icarəyə götürdüyü hücumçunu geri göndərir

6 Dekabr 2022 16:00 Qəbələ 871
Premyer Liqa təmsilçisi icarəyə götürdüyü hücumçunu geri göndərir

“Sumqayıt”ın bu qış yollarını ayıracağı futbolçuların siyahısına yeni ad əlavə olunub.

“Kimyaçılar” yayda sıralarına qatdığı Almir Aqanspahiçlə vidalaşacaq.

“Gənclik şəhəri” təmsilçisi ötən mövsümü “Çukariçki”də keçirmiş bosniyalı hücumçunu 1 illik icarəyə götürüb.

Samir Abasov əsas heyətə düşməyən balkanlı forvardla anlaşmaya vaxtından əvvəl xitam vermək istədiyini rəhbərliklə görüşdə qeyd edib. Adı “qara siyahı”ya düşən Almirlə müqavilə ikitərəfli qaydada ləğv olunacaq.

“9” nömrəli formanı geyinən 25 yaşlı legioner karyerası ərzində Bosniya və Herseqovinanın “Sarayevo”, “Mladost” (Kakan), “Krupa”, “Çelik”, Xorvatiyanın “Osiyek”, Norveçin “Raufoss”, Serbiyanın “Novi Pazar” və “Çukariçki” klublarının uğurları üçün çalışıb.

Bosniya və Herseqovinanın U-17, U-18 və U-21 millilərinə də cəlb olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM