“Kəpəz” kassaların sayını artırdı, 7000 satıldı

20 Sentyabr 03:00 Kəpəz 606
“Kəpəz” kassaların sayını artırdı, 7000 satıldı

“Kəpəz” və “Sumqayıt” arasında bu gün Misli Premyer Liqasının 6-cı turu çərçivəsində Gəncə Şəhər Stadionunda keçiriləcək oyuna bilet satışı intensivləşib.

Sportinfo.az xəbər verir ki, bu günün sonuna olan məlumata görə, qarşılaşmaya 7000 bilet satılıb.

Bilet satışı onlayn şəkildə iticket.az saytı vasitəsilə həyata keçirilir. Sabah səhər saat 10-dan etibarən isə Gəncə Şəhər Stadionunun kassalarında satış davam etdiriləcək.

Yeri gəlmişkən, futbol həvəskarlarının böyük marağı nəzərə alınaraq, oyun günü növbə yaranmaması üçün stadionun kassalarının sayı 2-dən 4-ə çatdırılacaq.

“Kəpəz” – “Sumqayıt” matçı saat 19:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə