Region komandasının səfər oyunları kinoteatrda nümayiş olunacaq

20 Sentyabr 07:40 Kəpəz 611
Region komandasının səfər oyunları kinoteatrda nümayiş olunacaq

“Kəpəz” PFK və “CineMastercard” kinoteatrlar şəbəkəsi arasında əməkdaşlıqla bağlı razılıq əldə olunub.

Sportinfo.az xəbər verir ki, razılaşmaya əsasən, “sarı-göylər”in Misli Premyer Liqasındakı səfər oyunları “Gəncə Mall”da yerləşən “CineMastercard” kinoteatrında nümayiş olunacaq.

Oyunlar kinoteatrın 5-ci zalında göstəriləcək. 135 oturacağa malik bu zal uzunluğu 11, eni 8 metr olan yeni nəsil “Barco” proyekteri və müasir səs sistemləri ilə təchiz edilib.

Futbol həvəskarları “CineMastercard”da “Kəpəz”in ilk matçını artıq oktyabrın 9-da izləyə biləcəklər. Gəncə təmsilçisi həmin gün saat 16-da səfərdə “Araz-Naxçıvan”la qarşılaşacaq.

Biletlər oyundan bir neçə gün öncə “CineMastercard” kinoteatrının kassalarında satışa çıxarılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə