Azərbaycan Basketbol Liqasında çıxış edən "Sabah" və "Ordu" yoxlama oyununda üz-üzə gəliblər.
Sportinfo.az xəbər verir ki, son ölkə çempionu qarşılaşmadan qalib ayrılıb.
"Sabah" rəqibini 96:79 hesabı ilə üstələyib.
Azərbaycan Basketbol Liqasında yeni mövsümün ilk qarşılaşmasında "Sabah" ötən mövsümün gümüş mükafatçısı "LANDAU Lions"la üz-üzə gələcək.
Görüş sentyabrın 30-da, saat 19:30-da Bakı İdman Sarayında keçiriləcək.
