İspaniya klubunun oyunçusunu da Azərbaycana gətirirlər

07:50 Milli komanda 78
İspaniya klubunun oyunçusunu da Azərbaycana gətirirlər

Azərbaycanda təlim-məşq toplanışı keçəcək Moldovanın U-20 yığmasının heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, sentyabrın 21-dən 28-dək ölkə daxilində hazırlıq keçəcək komanda ardından ölkəmizə yollanacaq.

Sergey Kleşenkonun komandası Qəbələ toplanışı zamanı iki yoldaşlıq oyunu keçirəcək.

Moldovanın U-20 seçməsi sentyabrın 30-da Yaponiya, oktyabrın 3-də isə Azərbaycan millisi ilə qarşılaşacaq.

Toplanışa aşağıdakı oyunçular çağırılıb:

Qapıçılar: Maksim Qumenko (“Bakeu”, Rumıniya), Dan Rusu (“Zimbru”);

Müdafiəçilər: Aleksandr Eqepov, Vadim Burka (hər ikisi “Şerif”), Mixail Kojusya, Nikita Lipkan (hər ikisi “Politexnika UTM”), Sergey Unquryanu (“Zimbru”), Daniil Dimitrişin (“Nissa”, İtaliya), Rezvan Tsurkan (“Dunerya Keleraş”, Rumıniya), Kristian Tkaçenko (“Skive”, Danimarka);

Yarımmüdafiəçilər: Yeqor İvanov, İlya Karaman, İvan Buzaci (hamısı “Şerif”), Aleksandru Muntian (“Daçiya Buyukan”), Leonard Bulmaqa (“Milsami”), Boqdan Mustyaçe (“Petrokub”), Makar Obrejan (“Zimbru”), Paolo Sula (“Samora”, İspaniya);

Hücumçular: Kiril Şilçenko (“Milsami”), Nikita Karaqeorqi (“Zimbru”), Antoni Kasko (“Real Sirets”), Mixail Sava (“Petrokub”), Vadim Bejenaru (“Paradizo”, İsveçrə).

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!