Millilərimizdən biri heç-heçə etdi, digəri qələbə qazandı - Ümumdünya Olimpiadada

04:10 Şahmat 98
Millilərimizdən biri heç-heçə etdi, digəri qələbə qazandı - Ümumdünya Olimpiadada

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.

Sportinfo.az xəbər verir ki, IV turda kişilərdən ibarət komanda Çexiya ilə üz-üzə gəlib.

Qarşılaşma heç-heçə bitib - 2:2.

Qadınlar İngiltərədən olan rəqibləri ilə münasibətlərə aydınlıq gətiriblər. Yığma 2,5:1,5 hesabı ilə qalib gəlib. Yalnız Gövhər Beydullayevə partiyasını qələbə ilə başa vurub. Digər qarşılaşmalar bərabərliklə yekunlaşıb.

Daha əvvəl kişilərdən ibarət kollektiv Mərakeş (4:0), Filippin (3:1) və İsveçrəni (3:1), qadınlar isə Qvatemala, Danimarka (hər ikisi 4:0) və İsveçi (2,5:1,5) məğlub edib.

Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM