Daha 2 həmyerlimiz Avropa çempionatında mərhələ adladı - FOTOLAR

20 Sentyabr 04:20 Boks 426
Daha 2 həmyerlimiz Avropa çempionatında mərhələ adladı - FOTOLAR

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boksçular arasında Avropa çempionatında Azərbaycan millisinin daha iki üzvü qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, yarışın ikinci günündə Məhəmmədəli Aşırəliyev (60 kq) 1/16 finalda Edqaras Skurdelislə (Litva) döyüşüb.

Boksçu hakimlərin yekdil qərarı ilə qalib gəlib – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). O, ikinci cəhdində – sentyabrın 21-də ilk mərhələdən azad olan Ayder Abduraimovla (Ukrayna) qüvvəsini sınayacaq.

Malik Həsənov (65 kq) da Avropa çempionatına qələbə ilə başlayıb. Təmsilçimiz ilk döyüşündə Bilge Kağan Kanlıdan (Türkiyə) güclü olub – 5:0 (30:25, 30:27, 30:27, 30:27, 30:27).

Həsənov 1/8 finalda ilk mərhələdən azad olan Rumen Rumenovla (Bolqarıstan) münasibətinə aydınlıq gətirəcək. Görüş sentyabrın 20-nə təsadüf edəcək.

Qeyd edək ki, yarışa sentyabrın 25-də yekun vurulacaq.

Medial

Medial

Medial

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?