"Rahat görə bilmirdik, çətinlik çəkirdik" – "Qəbələ"nin müdafiəçisi

5 Dekabr 2022 17:00 Qəbələ 334
"Rahat görə bilmirdik, çətinlik çəkirdik" – "Qəbələ"nin müdafiəçisi

“Çox vacib qələbə qazandıq, üç xal bizim üçün çox önəmli idi.

Yaxşı oyun keçirdik. Oyun nizam-intizamı yerində oldu”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail” üzərində qazanılan qələbə (2:1) haqqında danışan “Qəbələ”nin müdafiəşisi Murad Musayev dilə gətirib.

Qarşılaşma çətin hava şəraitində start götürdü. Belə ki, uzun müddət Qəbələ şəhər stadionun qatı duman bürüdü.

Bəzən ekran qarşısından meydanda baş verənləri görmək belə müşkülə çevrildi. Bəs meydandakı mənzərə necə olub?

O, uala cavab olaraq yaşadıqaları çətinliyi etiraf edib:

“Bəli, hava şəraiti müəyyən problemlərə yol açdı. Çünki qatı duman vardı.

Dumanda oynamaq isə bir qədər çətinlik yaradırdı. Çünki meydanı rahat görə bilmirdik, çətinlik çəkirdik. Şükürlər olsun ki, sonra duman azaldı”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti