“Qəbələ” daha 20 min xərcə düşdü  - “Neftçi”nin sabiq forvardı üçün

8 Avqust 2022 16:20 Qəbələ 1 488
“Qəbələ” daha 20 min xərcə düşdü  - “Neftçi”nin sabiq forvardı üçün

Ötən mövsümü “Neftçi”də keçirən Ramon Maçadonun transferi "Qəbələ"ni əlavə xərcə salıb.

Əyalət təmsilçisi braziliyalı hücumçuya görə, daha 20 min dollar ödəməli olub.

Beləcə, cənubi amerikalı qırmızı-qara formanı geyindiyi 10 ay ərzində 100 min dollar qazanacaq.

31 yaşlı “sambaçı” karyerası ərzində Almaniyada “Reqensburq” (2012-2013), Braziliyada “Esportivo” (2014), “Lajeadense” (2014, 2015), “Santa Kruz” (2014), “Boa Esporte” (2015), “Brazil de Pelotas” (2016-2017, 2021), “Ponte Preta” (2017), “Yuventud” (2017), “Vila Nova” (2018), “İtuano” (2019), “Parana” (2019), “Santo Andre” (2020, 2021), “Botofoqo”da (2020) forma geyinib.

O, 2021/22 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edib. “Neftçi” ilə gümüş mükafat qazanan forvard 24 oyunda 5 qol vurub.

“Qəbələ” bunadək İlkin Qırtımov, Səlahət Ağayev, Felipe Santos və Feras Abu Akalı heyətinə qatıb. Beləcə, “qırmızı-qaralar” yay transfer dövründə beşinci oyunçu keçidini gerçəkləşdirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti