"Qəbələ"də əməliyyat ŞOKU

18 May 23:40 Qəbələ 683
"Qəbələ"də əməliyyat ŞOKU

"Qəbələ"nin zədəli futbolçusu Urfan Abbasovun durumu heç də yaxşı deyil.

Zədəli halda son matçlara çıxan təcrübəli oyunçu əməliyyata hazırlaşır.

Belə ki, mövsüm başa çatan kimi Urfan əməliyyat stoluna uzanacaq. Həkimlər onun tam sağalması üçün əməliyyat olunmasını vacib sayıb.

Bu səbəbdən adıçəkilən futbolçunun Konfrans Liqasında komandasına kömək edə bilməyəcəyi gözlənilir.

Bu mövsüm 25 oyunda meydana çıxan 29 yaşlı futbolçu 1 qol və 2 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti