"Heç bir futbolçu deyə bilməz ki, “Qəbələ”də pulum qalıb, verməyiblər"

15 May 2022 21:20 Qəbələ 713
"Heç bir futbolçu deyə bilməz ki, “Qəbələ”də pulum qalıb, verməyiblər"

“Rəhbərlik qələbə qazanmağımız üçün hər şey edir. Qalib gəliriksə, mütəq mükafat verilir”.

“Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədov Sportinfo.az-a açıqlamasında komandadakı hazırkı vəziyyət haqda açıqlama verib.

Son vaxtlar bölgə təmsilçisinin maaş gecikməsindən əziyyət çəkdiyi haqda xəbərlər dolaşırdı. Hətta baş məşqçi Elmar Baxşıyev də mətbuat konfransların birində bu məqamın ardıcıl uğursuz nəticələrə təsir etdiyini dolayı yolla etiraf etmişdi.

Kapitan pul məsələsi ilə bağlı mövzuda nikbin danışıb:

“Çempionat qurtarmayıb, artıq indidən maaşlarımızı almışıq. Çempionat 10 gündən sonra başa çatacaq, klubun şəxsən mənə 1 qəpik də borcu yoxdur.

5-10 gün gecikmə hər yerdə olur. Amma bu o demək deyil ki, maliyyə problemi var, yaxud vəziyyət kritikdir.

Şükürlər olsun, legionerlərimiz də yaxşı xarakterə sahibdir. Məvaciblər 3-5 gün gecikəndə başa düşürlər, səbrli davranırlar.

İndiyə qədər heç bir futbolçu deyə bilməz ki, “Qəbələ”də pulum qalib, yaxud pulumu verməyiblər.

O vaxt “İnter”də oynayanda da belə görmüşdüm, “Qəbələ”də də bu cürdür. Rəhbərlik deyir ki, çıxın oyna, qələbə qazanın, ürəyiniz nə istəyir edək sizin üçün”.

Bir müddət öncə “Qəbələ”nin maaşların verilməsində problem yaranmışdı. Bu isə AFFA-nın ödənişləri gecikdirməsi ilə bağlı idi.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti