“Çatışmayan cəhətlər var, onları da aradan qaldıracağıq“

25 Yanvar 2022 01:20 Qəbələ 915
“Çatışmayan cəhətlər var, onları da aradan qaldıracağıq“

"Düşündüyümüz o idi ki, komanda yüklənmə altında oynasın".

Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında Çexiyanın "Bohemians" komandasına 1:3 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

42 yaşlı mütəxəssis ikinci oyundakı yüklənmədən sonra futbolçularda dinamikliyin aşağı səviyyədə olduğunu bildirib:

"Belə çətin oyun olacağını gözləyirdik. Sevindiricidir ki, komanda yüklənmiş dönəmdə də verilən tapşırıqları maksimum yerinə yetirməyə çalışırdı".

Baxşıyev bu gün başa çatan hazırlıq prosesini də dəyərləndirib:

“Ümumi götürəndə toplanışdan razı qaldım. Əlbəttə, çatışmayan cəhətlər var. İnanıram ki, bu çatışmazlıqları da aradan qaldıracağıq.

Komanda kimi heç iki həftə deyil ki, bir yerdəyik. İnanıram ki, günü-gündən optimal formaya yaxınlaşacağıq".

Baş məşqçi Çexiya klubu ilə matçda rotasiya etdiklərini söyləyib:

"Daha çox gənclərə şans verdik. Bu oyun gənclər üçün təcrübə olacaq. “Sumqayıt”la kubok matçına 9 gün var.

Bərpa prosesini tam keçib vətənə dönəndən sonra bütün düşüncə həmin qarşılaşma ilə bağlı olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"