"Qəbələ" Qriqorçukun gedişindən sonra ilk dəfə...

25 Oktyabr 2021 19:20 Qəbələ 861
"Qəbələ" Qriqorçukun gedişindən sonra ilk dəfə...

Cari mövsümün sürpriz komandası “Qəbələ” təəccübləndirməkdə davam edir.

Bölgə təmsilçisi Aərbaycan Premyer Liqasının 8-ci turunda səfərdə “Keşlə”ni 3:1 hesabı ilə məğlub etməklə xallarının sayını 15-ə çatdırdı.

“Qırmızı-qaralar” bu çempionatda yalnız “Qarabağ”a məğlub olub.

“Qəbələ” sonuncu dəfə çempionata 4 il əvvəl bu cür uğurlu başlamışdı. 2017-18 mövsümünə Roman Qriqorçukun rəhbərliyi altında start verən qəbələlilər 8 matçdan sonra aktivinə 16 xal yazdırmışdı.

Sonrakı mövsümlərdə ilk 8 turdan sonra xal durumu belə olub:
2018-19 8 xal
2019-20 6 xal
2020-21 8 xal

Qriqorçukun gedişindən sonra komandaya Sənan Qurbanov rəhbərlik edib və kollektiv bu çalışdırıcının rəhbərliyi altında ölkə kubokunu başı üzərinə qaldırıb. Daha sonra post Elmar Baxşıyevə həvalə olunub.

HƏBİB / Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti