Qəpiyə “güllə atan” "Qəbələ"ni 4000 manat xərcə saldılar

23 Sentyabr 2021 16:20 Qəbələ 579
Qəpiyə “güllə atan” "Qəbələ"ni 4000 manat xərcə saldılar

AFFA İntizam Komitəsi "Qəbələ"ni 3200 manat məbləğində cərimələyib.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna əyalət təmsilçisinin IV turda "Səbail"lə ev oyununun gec başlaması səbəb olub.

Əlayət təmsilçisinin 4 oyunçusu həmin qarşılaşmada sarı vərəqə ilə cəzalandığı üçün "qırmızı-qaralar" əlavə 800 manat da ziyana düşüb.

Komitə "Səbail"in futbolçusu Ədilxan Qarəhmədova 1 oyunluq cəza, paytaxt klubuna isə 200 manat cərimə kəsib.

Yarımmüdafiəçi "Qəbələ"yə 0:5 hesabı ilə uduzduqları görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Digər Xəbərlər
Xəbər Lenti