Albanın israrı "Qəbələ"ni çətin duruma salıb

26 İyul 2021 22:20 Qəbələ 1 134
Albanın israrı "Qəbələ"ni çətin duruma salıb

"Qəbələ"də Yurgen Qoxa müəmması davam edir.

Sportinfo.az-ın məlumatına görə, ötən mövsümün sonu bir sıra legionerlə yolları ayıran bölgə klubu albaniyalı müdafiəçini komandada saxlamaqda israrlıdır.

Amma 28 yaşlı oyunçunun ötən mövsümkündən daha artıq maaş istəyi "Qəbələ" rəhbərliyini çətin duruma salıb.

Yeni mövsümün hazırlıqlarına hələ də qoşulmayan futbolçu istəyinin müsbət cavablandırılmasına ümid edir.

Ötən mövsümün əvvəli "Qəbələ"yə transfer edilən futbolçunun müqaviləsi 1+1 şərtilə bağlanıb. Müqavilənin ikinci ilinin qüvvəyə minməsi üçün "Qəbələ"nin əcnəbi futbolçunun maaşına yenidən baxması mütləqdir.

Yurgen Qoxa "Qəbələ"nin heyətində meydana çıxdığı 26 görüşdə 2 dəfə fərqlənməyi də bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti