Xorvatiyalı şərtlərini qarşılaya bilməyən Azərbaycan klubundan ayrıldı

22 İyun 2021 13:20 Qəbələ 1 301
Xorvatiyalı şərtlərini qarşılaya bilməyən Azərbaycan klubundan ayrıldı

Bu gün daha bir legioner “Qəbələ”dən gedib.

Sportinfo.az-ın məlumatına görə, Vinko Medimoreç buranı tərk edib.

Xorvatiyalı müdafiəçinin buradan gediş səbəbi maliyyədir. Belə ki, “qırmızı-qaralar” balkanlı futbolçunun 1+1 illik müqavilə üzrə nəzərdə tutulmuş maddi tələblərini yerinə yetirə bilməyib.

Anlaşmaya əsasən, o, yeni sezonda əvvəlkindən daha çox maaş almalı imiş. AFFA kluba ayırdığı yardım paketini artırmadığından, “Qəbələ” də ona daha yüksək məvacib kəsməyib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?