"Hələ bilmirik, maliyyə şərtlərində razılığa gələcəyik, ya yox"

14 May 2021 11:40 Qəbələ 921
"Hələ bilmirik, maliyyə şərtlərində razılığa gələcəyik, ya yox"

«Komandanı yeni mövsümdə necə formalaşdıracağımız kluba ayrılacaq büdcədən asılıdır».

Bu söbzləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş meneceri Zaur Əzizov deyib.

Əyalət təmsilçisinin funksioneri yay transfer planları ilə bağlı planları hələ korrektə etmədiklərini bildirib:

«Büdcəmizin nə qədər olacağına, yəqin ki, mayın sonunadək aydınlıq gələcək. Onu bilmədən qərar vermək mümkün deyil.

Çünki elə futbolçular var, müqaviləsinin müddətini uzatmaq istəyirik, ancaq bilmirik, maliyyə şərtlərində razılığa gələcəyik, ya yox.

Elə futbolçular da var ki, onu çıxışı məşqçiləri qane etmir. Bu işlərin hər biri ayrı-ayrılıqda müzakirə mövzusudur»..

Digər Xəbərlər
Xəbər Lenti