"Qəbələ"nin apelyasiya şikayəti təmin edilmədi

9 Aprel 2021 14:20 Qəbələ 703
"Qəbələ"nin apelyasiya şikayəti təmin edilmədi

Apelyasiya Arbitraj Tribunalı “Qəbələ”nin şikayəti ilə bağlı qərarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın XX turunda “Zirə” ilə keçirilən oyunda qırmızı vərəqə alan yarımmüdafiəçi Merab Qiqauriyə kəsilən 3 oyunluq cəza müzakirə mövzusu olub.

AFFA İntizam Komitəsinin həmin qarşılaşmada aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılması, klubun 2400 manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.

“Qəbələ”nin məsələ ilə bağlı apelyasiya şikayəti təmin edilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM