"Sivasspor"un prezidenti: "Qarabağ" üzərində qələbələr bizi xilas etdi"

3 Dekabr 2020 14:00 Qarabağ 425
"Sivasspor"un prezidenti: "Qarabağ" üzərində qələbələr bizi xilas etdi"

"Avropa Liqasına yaxşı başladıq. İlk matçda "Vilyarreal"a 3:5 hesabı ilə uduzsaq da, səfərdə 3 qol vurmağımız bizim turnirdə yaxşı işlər görə biləcəyimizin sübutudur".

Sportinfo.az xəbər verir ki, bunu "Sivasspor"un prezidenti Mecnun Otyakmaz Avropa Liqasının I qrupunun V turunda "Vilyarreal" ilə ev oyunundan öncə klubun rəsmi telekanalına açıqlamasında deyib.

Funksioner son iki matçın olduqca önəmli olduğunu bildirib: "Qarabağ"la oyunlardakı qələbələr bizi xilas etdi. İndi son iki qarşılaşmanı düşünməliyik.

Təəssüf ki, "Vilyarreal"la görüş komandada koronavirusa yoluxma hallarının çox olduğu dövrə təsadüf etdi. Sağalan futbolçularımız var. Çətin oyun olacaq. Əlimizdən gələni edəcəyik".

Dekabrın 3-də keçiriləcək "Sivasspor" - "Vilyarreal" matçı Bakı vaxtı ilə saat 21:55-də start götürəcək. Qrupunda digər oyununda "Qarabağ" İstanbulda İsrailin "Makkabi" (Təl-Əviv) komandasını qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi