"Qarabağ" barədə fikirləşməyi futbolçularıma qadağan etmişəm"

13 Avqust 2020 12:02 Qarabağ 950
"Qarabağ" barədə fikirləşməyi futbolçularıma qadağan etmişəm"

"Hazırda bütün fikrimiz "Pelister"lə matça yönəlib.

Kratovoda oynayacağıq, ilk turda "Belasika"nı 6:0 hesabı ilə məğlub etmişik. Növbəti matçda da 3 xal haqqında fikirləşəcəyik".

Sportinfo.az "Sportmedia" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Sileks"in baş məşqçisi Qoran Simov bildirib.

45 yaşlı mütəxəssis Ağdam təmsilçisi ilə görüş barədə danışmaq istəməyib. Serbiyalı baş məşqçi deyib ki, şənbə gününə qədər futbolçulara "Qarabağ" barədə düşünməyi qadağan edib.

"Qarabağ" - "Sileks" oyunu avqustun 18-də Bakıda olacaq və saat 20:00-da başlayacaq. Bu cütün qalibi II təsnifat mərhələsində Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün güclüsü ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il