"Belə aparıcı oyunçunu "Qarabağ"a havayı buraxmaq istəmərik"

18 May 2020 19:02 Qarabağ 1 161
"Belə aparıcı oyunçunu "Qarabağ"a havayı buraxmaq istəmərik"

Sportinfo.az Türkiyənin II liqa təmsilçisi “Menemenspor”un baş məşqçisi Cenk Lalecinin müsahibəsini təqdim edir:

- Komandanızın qapıçısı Gentian Selmaninin adı “Qarabağ”la birgə hallanırdı. Danışıq nə yerdədir?
- Hazırda danışıqların nə yerdə olduğunu bilmirəm. Bu, klub rəhbərliyi səviyyəsində aparılan söhbətlərdir. Bu üzdən hər hansı bir yekun məlumata malik deyiləm.

- Ancaq “Qarabağ” rəhbərliyi Selmani ilə heç vaxt maraqlanmadığını bildirib. Halbuki bu məlumatı ilk dəfə siz mətbuata açıqlamışdınız...
- Qəzet mənim dediklərimi yazıb. Həmin vaxt “Qarabağ”ın Selmani ilə maraqlandığını eşitmişdim. Danışıqlarda mən iştirak etməmişəm, çünki baş məşqçinin səlahiyyətləri başqadır. Sadəcə, məndə olan məlumat bu yöndə idi.

- Ümumiyyətlə, Selmaninin potensialını necə görürsünüz?
- Çox yaxşı qapıçıdır. Albaniya millisinə çağırılmağı buna əyani sübutdur. Hələ gəncdir, önü çox açıqdır. Avropa arenasında uğurlu çıxış edəcək gücdədir.

- Onu əldən buraxmağa razısınız, yoxsa nəyin bahasına olursa-olsun saxlamaq istəyirsiniz?
- Klublar arasında danışıqlar müsbət nəticələnərsə, “Qarabağ”a keçə bilər. Çünki bizim də öz tələblərimiz var. Gentianın “Menemenspor”la müqavilə müddəti gələn ilin yayına qədərdir. Əlbəttə ki, belə aparıcı oyunçunu havayı əldən buraxmaq istəmərik. Klubun da öz mənafeyi var.

- Qapıçının transfer məbləğini müəyyənləşdirmisiniz?
- Bunu mən deyə bilmərəm. Çünki belə şeylərə rəhbərlik baxır. Baş məşqçinin işi komandanı oyuna hazırlamaqdır. Transfer məsələlərinə qarışmağım doğru olmaz (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!