Aylton Silva lazım olmadı

5 May 14:20 Qarabağ 674
Aylton Silva lazım olmadı

“Qarabağ”ın futbolçusu Aylton Silvanın müqavilə ilə məxsus olduğu “Ştutqart” klubundakı gələcəyinə aydınlıq gəlib.

Sportinfo.az “Bild” nəşrinə istinadən xəbər verir ki, II Bundesliqa klubu 25 yaşlı sol cinah müdafiəçisini gələcək planında görmür.

2017-ci ildə 2,5 milyon avroya "Eştoril"dən transfer edilən braziliyalı futbolçu 3 dəfə icarəyə verilib. Silvanın "Qarabağ"la müqaviləsi mövsümün sonunda bitəcək.

Onun "Ştutqart" ilə 2021-ci ilin iyunun 30-dək sözləşməsi var.

Xəbər Lenti
27 May 20:20 Artur qərarın verdi