"Qarabağ"a keçdi, komandasını pis vəziyyətdə qoydu

20 Yanvar 2020 21:35 Qarabağ 1 946
"Qarabağ"a keçdi, komandasını pis vəziyyətdə qoydu

"Leqanes"in hücumçusu Kvabena Ovusunun "Qarabağ"a transferi qanalı hücumçunun icarə əsasında çıxış etdiyi "Kordoba"nı çətin vəziyyətə salıb.

Sportinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun gedişi və komandanın vingeri Xavi Floresin cəzalı duruma düşməsi ilə aşağı dəstə təmsilçisi faktiki olaraq hücumçusuz qalıb.

Sequnda B-də (III liqa) çıxış edən "Kordoba" ən qısa müddətdə heyətinə yeni ön xətt oyunçusu qatmasa, yanvarın 26-da "Real Mursiya" ilə çempionat matçına forvardsız çıxmalı olacaq.

Ovusu "Qarabağ"la 3,5 illik müqavilə bağlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti