COP29

Qurban Qurbanov ekstra bir qərar verəcək?

29 Aprel 16:20 Qarabağ 2 087
Qurban Qurbanov ekstra bir qərar verəcək?

«Qarabağ» Premyer Liqa mövsümünün sayca beşinci məğlubiyyətini Sumqayıtda aldı.

«Sumqayıt»a yenilginin sirrini Qurban Qurbanov bir cümlə ilə ifadə etdi:

"Bu cür qol epizodlarından istifadə edə bilmiriksə, soyuqqanlı ola bilmiriksə, deməli, futbolçuların fikri başqa yerdədir".

"Əşşi, çempion olmuşuq da…" - «Qarabağ»da bunun rahatlığı var.

Qurbanov hər nə qədər aparıcı futbolçuların xidmətindən istifadə etsə də, bununla kollektivə hər oyunun onun üçün əhəmiyyətli olmasını göstərsə də, titulun qazanılması ixtiyarındakı qvardiyanı meydandan soyudub.

«Qarabağ» ardıcıl üç turdur ki, qalib gəlmir. Nonsens kimi bir hal! Sezonun ortasında olardı bu, aləm bir-birinə dəymişdi. Bu gün hərə iki şey barədə fikirləşir.

Bir: Gələn təkliflər qarşısında nə edim, qalım, ya gedim.

İki: Yay istirahətini hansı ölkədə keçirim.

Normal vaxtından ayyarım qabaq tətilə çıxmış futbolçulara Qurban Qurbanov mütləq ki, bir söz deyəcək. Yüngülvaari yox, sərt şəkildə.

Bəlkə də ondan da ağır formada. Əlbəttə ki, məsuliyyət hissini itirmiş oyunçu arsenalı bunların hamısını haqq edir.

Pulunu alırsan, buradasan, oynamalısan. Bir sağına, bir soluna, bir də özünə baxmalısan. Aynanın önünə keçməli, soruşmalısan - mən haradayam və nə edirəm?

Qurban Qurbanovun ekstra bir qərar alacağını da gözləməkdəyəm. Azı, 2-3 nəfəri əvəzedici heyətə göndərmək kimi. Nədənsə mənə belə gəlir.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti