UEFA Millətlər Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, C Liqasında yarışan Monteneqro millisi öz meydanında Ermənistanı qəbul edib. Matç 0:0 hesabı ilə yekunlaşıb.
Monteneqro yığmasına dəvət alan “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan Yankoviç 62-ci dəqiqədə Stefan Lonkarla əvəzlənib.
Yankoviç bu komandalar arasında sentyabrın 28-də Ermənistanda baş tutan və Monteneqronun 3:2 hesabı ilə başa çatan görüşdə də forma geymiş və həmin matçın ən yaxşısı seçilmişdi.
4 turdan sonra 10 xalı olan Monteneqro millisi qrupun vahid lideridir.
