Polşa üzərində qələbədə pay sahibi oldu - “Qarabağ”ın qapıçısı

02:30 Qarabağ 111
Polşa üzərində qələbədə pay sahibi oldu - “Qarabağ”ın qapıçısı

UEFA Millətlər Liqasının B Liqasının dördüncü turu çərçivəsində Bosniya və Herseqovina yığması öz meydanında Polşanı qəbul edib.

Sportinfo.az xəbər verir ki, matç meydan sahiblərinin 1:0 hesabı qələbəsi ilə başa çatıb.

İvan Basiçin 84-cü dəqiqədə penaltidən vurduğu qol Bosniya və Herseqovinaya qələbə qazandırıb.

Bosniya və Herseqovina yığmasına dəvət alan “Qarabağ”ın qapıçısı Martin Zlomişliç bu görüşün iştirakçısı olub. O, meydana start heyətində çıxıb və sonadək oynayıb.

2 illik fasilədən sonra Polşa millisinə çağırılan “Sabah”ın müdafiəçisi Timoteuş Puxaç isə əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Dörd turdan sonra Bosniya və Herseqovina yığması 8 xalla qrupda ikinci, Polşa isə 4 xalla üçüncü yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
6 Oktyabr 18:10 Çək və bizə göndər!
6 Oktyabr 03:50 FIDE prezidenti Bakıdadır