“Liverpul“un olduğu siyahıda artıq “Qarabağ” da var

27 Aprel 11:00 Qarabağ 3 907
“Liverpul“un olduğu siyahıda artıq “Qarabağ” da var

Polşa mətbuatı bu mövsüm ölkə çempionatının oyunlarında əlavə vaxtda ən çox qol vuran Avropa komandalarının təhlilini aparıblar.

Sportinfo.az xəbər verir ki, “weszlo.com” portalının yazdığına əsasən, siyahıda artıq 9 qol vuran “Qarabağ” da var.

“Arsenal” (İngiltərə), “Fənərbaxça” (Türkiyə), “Partizan” (Serbiya), “Motervel” (Şotlandiya) və “Vidzev” (Polşa) də əsas vaxtda eyni sayda qol vurub. Bu siyahıda lider 10 qolla "Seltik"dir (Şotlandiya).

Avrokubokları da nəzərə alsaq, Ağdam təmsilçisi ən yaxşılar sırasındadır. Azərbaycan çempionu “Bayer”, “Fənərbaxça” və “Seltik” kimi 11 qol vurub.

Yalnız İngiltərənin “Liverpul” klubu daha çox (12), “Braqa” və “Benfika” isə daha az (hər biri 10) qol vurmağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti