“Qarabağ”ın yarım milyon dollara aldığı futbolçunun xanımı bu VİDEOnu paylaşdı

3 May 2024 09:40 Qarabağ 12 706
“Qarabağ”ın yarım milyon dollara aldığı futbolçunun xanımı bu VİDEOnu paylaşdı

Millinin və “Qarabağ”ın yarımmüdafiəçisi Aleksey İsayevin xanımı Katya İsayeva maraqlı paylaşım edib.

Gənc xanım sosial şəbəkə profilində həyat yoldaşının Azərbaycanda keçirdiyi matçların görüntülərini izləyiciləri ilə bölüşüb.

Onun paylaşımı böyük maraqla qarşılanıb.

Cütlük 2019-cu ildə ailə həyatı qurub. Nikah mərasimi Rusiyada gerçəkləşib.

Həmin vaxt “Sabah”ın formsını geyinən orta sahə oyunçusu toy mərasiminə görə komandasına ölkə kubokunun 1/4 finalında "Neftçi"yə qarşı matçda kömək etməyib.

“Köhlən atlılar” İsayevi bu ilin əvvəlində sıralarına qatıb. Ağdam təmsilçisi onun transferi üçün “Sabah”a 500 min dollar təzminat ödəyib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti