"Fənərbağça"nın skautları "Qarabağ"ın futbolçusu Olavio Juninyo üçün Bakıya gəliblər.
Sportinfo.az xəbər verir ki, bu barədə yerli "Fotospor" nəşri məlumat yayıb.
Onlar "Qarabağ"ın Portuqaliyanın "Braqa" komandasını mübarizədən kənarlaşdırdığı Avropa Liqasının pley-off mərhələsinin cavab oyununu izləyiblər.
İstanbul təmsilçisinin 27 yaşlı braziliyalı forvard barədə araşdırmaları davam etdirəcəyi vurğulanıb.
Juninyo 2023-cü ilin yayında "Qarabağ"a keçib.
Səfərdə "Braqa"ya qalib (4:2) gələn "köhlən atlar" Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib. Ağdam təmsilçisi bu raundda "Bayer 04" ilə üz-üzə gələcək.