"Qarabağ"ın "Neftçi"yə rəhmi gəlmədi - VİDEO+FOTOREPORTAJ

5 May 2024 00:50 Qarabağ 1 150
"Qarabağ"ın "Neftçi"yə rəhmi gəlmədi - VİDEO+FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində daha bir oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, "Qarabağ" "Neftçi"ni qəbul edib.

FIFA referisi İnqilab Məmmədovun idarə etdiyi qarşılaşmada "Qarabağ" 5:0 hesablı qələbə qazanıb. Ağdam təmsilçisinin heyətində 12 və 77-ci dəqiqələrdə Nəriman Axundzadə, 41-ci dəqiqədə Toral Bayramov fərqlənib.

"Qarabağ"ın digər qollarını isə 66-cı dəqiqədə Leandro Andrade, 85-ci dəqiqədə Abdullah Zubir vurub.

"Neftçi"nin futbolçusu Yuri Matias 78-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

Artıq çempionluğu təmin etmiş "Qarabağ"ın 76 xalı var. "Neftçi" isə 50 xalla 3-cü yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib