“Qarabağ”dan VIP qiymət

10:40 Qarabağ 119
“Qarabağ”dan VIP qiymət

Misli Premyer Liqasının 11-ci turunda keçiriləcək “Qarabağ” - “Turan Tovuz” oyununun biletləri satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, standart biletlərin qiyməti 5 manat, VIP biletlərin qiyməti isə 15 manatdır.

Azarkeşlər matç günü QR biletlərini stadionun kassasından və ya iticket.az platformasından əldə edə bilərlər. Stadionun qapıları qarşılaşmanın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

“Qarabağ” - “Turan Tovuz” görüşü noyabrın 6-da “Azərsun Arena”da keçiriləcək. Matç saat 18:00-da başlayacaq.

19 xala malik “Qarabağ” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 18 xalı olan “Turan Tovuz” isə dördüncü yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!