“Qurban Qurbanovla mütəmadi olaraq danışıqlarımız olur”

08:50 Qarabağ 140
“Qurban Qurbanovla mütəmadi olaraq danışıqlarımız olur”

"Baş məşqçimiz Qurban Qurbanovla mütəmadi olaraq danışıqlarımız olur. O, bizə yol göstərəndir.

Təbii ki, oyunumu daha da yaxşılaşdıra bilərəm, amma hazırda əsas məqsədim komandama faydalı olmaq üçün əlimdən gələni etməkdir”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın mozambikli legioner Bruno Lanqa deyib.

29 yaşlı müdafiəçi Premyer Liqanın IX turunda səfərdə “Sabah”la 0:0 hesablı heç-heçə etdikləri matç barədə fikirlərini bölüşüb:

“Çətin oyun olacağını gözləyirdik və elə də oldu. Düşünürəm ki, pis oynamadıq.

Qazandığımız bu bir xal, ümumi götürdükdə, mövsümün sonunda bəlkə də böyük dəyər kəsb edəcək. Biz işimizi yaxşı görürük.

Çempionat hələ çox uzun bir marafondur. Qarşıda çoxlu hadisələr baş verəcək, fərqli nəticələr olacaq. Ona görə də hər şeyə normal baxırıq”.

B. Lanqa hakimliklə bağlı da fikirlərini bildirib:

“Düşünürəm ki, hakim öz işini gördü və qərarları düzgün idi. Qeydə alınmayan iki qoldan biri açıq-aşkar oyundankənar vəziyyət idi.

Digər epizodda isə futbolçu əllə oynadı. Haqlı olaraq həmin qol da qeydə alınmadı.

Mənə elə gəlir ki, hakim oyunu yaxşı və ədalətli idarə etdi. Hakimlik haqqında pis fikir bildirə bilmərəm”.

Digər Xəbərlər
Xəbər Lenti
1 Noyabr 20:00 Çək və bizə göndər!