“Mübahisə oyunun bir hissəsidir, futbolda belə şeylər olur.
Biz meydanda məhz qələbə qazanmaq üçün mübarizə aparırıq.
Aramızda belə hal yaşandı, amma bu, meydanda baş verənlərin bir hissəsidir, başqa bir səbəbi yoxdur”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın braziliyalı legioneri Mateuş Silva Azərbaycan Premyer Liqasının X turunda səfərdə “Qəbələ” ilə keçirilən oyundan (0:0) sonra deyib.
29 yaşlı müdafiəçi qarşılaşmanın ilk hissəsində komanda yoldaşı Marko Yankoviçlə yaşadığı mübahisəyə aydınlıq gətirib.
Oyundan sonra komanda yoldaşı ilə sözügedən məsələ ilə bağlı danışıb-danışmadığı barədə suala Silva belə cavab verib:
“Dediyim kimi, oyundan sonra hamı sakitləşir. Bu, yalnız meydanda baş verir.
Orada bir-birimizdən nələrisə tələb edirik və belə bir komandada bu, normaldır. Hamı çempion olmaq istəyir, belə hallar da baş verir”.
