“Qarabağ”ın yarımmüdafiəçisi Aleksey Kaşuk Ukrayna millisinə dəvət alıb.
Sportinfo.az xəbər verir ki, Ukrayna millisinin baş məşqçisi Andrea Maldera UEFA Millətlər Liqasının noyabrda keçiriləcək oyunları üçün heyəti açıqlayıb.
25 futbolçudan ibarət siyahıda Ağdam klubunun vingeri Aleksey Kaşuk da yer alıb.
26 yaşlı Kaşuk ilk dəfədir ölkəsinin əsas milli komandasına çağırılır.
Ukrayna millisi noyabrda Millətlər Liqasının əsas mərhələsində son iki oyununu Şimali İrlandiya və Gürcüstana qarşı keçirəcək.
