Misli Premyer Liqasının 10-cu turunda keçirilən "Qəbələ" - "Qarabağ" qarşılaşmasının (0:0) gedişində iki futbolçu mübahisə edib.
Fasilədə Qurban Qurbanov hər iki oyunçunu əvəzləyib.
“Qarabağ”ın baş məşqçisi Mateus Silva və Marko Yankoviç arasında yaşanan mübahisəyə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, çalışdırıcı onların cəzalandırılacağını vurğulayıb:
"Futbol emosional oyundur. Belə halları dünya futbolunda tez-tez görürük. Onlar komanda yoldaşı və dostdurlar.
Həmişə bir yerdədirlər, bir-birlərinə qarşı müsbət münasibət bəsləyirlər. Hadisəni tam araşdırmamışam.
Ola bilər ki, oyunda onları əsəbiləşdirən hansısa məqam olub. Bunu hələ bilmirik.
Amma yüz faiz cəzalandırılacaqlar. Bu cür hallar komandanın nəticəsinə təsir edir".
Mateus Silva Qurban Qurbanovun hər ikisi üçün nəzərdə tutduğu cəza ilə bağlı açıqlamasına münasibət bildirib:
“Bu barədə deyəcəyim bir şey yoxdur. Dediyim kimi, biz üç xal qazanmaq, belə bir oyunda qalib gəlmək və çempion olmaq üçün mübarizə aparırıq.
Belə hallar olur, hətta ən yaxşı ailələrdə də baş verir və bunda heç bir problem yoxdur”.
