“Qarabağ” illərdir xidmətindən yararlandığı legioneri saxlamaq istəyirmi?

13:00 Qarabağ 177
“Qarabağ” illərdir xidmətindən yararlandığı legioneri saxlamaq istəyirmi?

Marko Yankoviçin «Qarabağ»dakı gələcəyi sual altına düşüb. Klub rəhbərliyi yarımmüdafiəçiyə hələ yeni müqavilə təklif edib. 2021-ci ildən burada çıxış eləyən monteneqrolu legionerin taleyinə ən tezi yanvarda aydınlıq gələcək. Həmin vaxt bəlli olacaq ki, Qurban Qurbanov 31 yaşlı orta sahə oyunçusunun burada qalmasını istəyir, ya yox. Baş məşqçi isə hələlik gözləmə mövqeyindədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!