“Sabah”ı uddular, “Qarabağ”dan icazə aldılar, təşəkkür etdilər - FOTOLAR

16:20 Qarabağ 213
“Sabah”ı uddular, “Qarabağ”dan icazə aldılar, təşəkkür etdilər - FOTOLAR

"Sabah"la Çempionlar Liqasının matçı üçün Bakıya gəlmiş Dortmund “Borussiya”sı Azərbaycanda olduğu müddətdə “Qarabağ”ın stadionunda da məşq keçib.

Sportinfo.az xəbər verir ki, Almaniya təmsilçisi "Azərsun Arena"da bu gün məşqə çıxıb.

Məşqdən sonra isə "Borussiya"ya Azərbaycanı tərk edərək Dortmunda qayıdıb. Almaniya klubu bununla bağlı rəsmi İnstaqram hesabında paylaşım da edib.

Paylaşımda futbolçuların məşqindən görüntülər yayımlanıb və “Qarabağ”a təşəkkür edilib:

“Stadionunuzda məşq etməyimizə icazə verdiyiniz üçün "Qarabağ"a təşəkkür edirik!”

"Borussiya" dünən "Sabah"la matçda 2:1 hesabı ilə qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti