COP29

Britaniyanın məşhur saytı "Qarabağ"dan yazdı: "Bu, ciddi zərbə oldu"

5 May 14:25 Qarabağ 1 474
Britaniyanın məşhur saytı "Qarabağ"dan yazdı: "Bu, ciddi zərbə oldu"

Böyük Britaniya mətbuatı UEFA reytinqində ilk 10-luqda yer alan ölkələrin klublarının cari mövsümdəki çıxışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, "goal.com" saytı Portuqaliya klublarının ən yaxşı və ən pis çıxışlarını qeyd edib.

Britaniyalı həmkarlarımız "Qarabağ"ın Avropa Liqasındakı "Braqa" görüşündə uğurlu nəticəsindən də yazıb:

"Portuqaliyanın növbəti mövsüm Çempionlar Liqasında əlavə yeri olmayacaq.

Konfrans Liqasının təsnifat mərhələlərində “Aruka” və “Vitoriya Gimarayeş" komandalarının mübarizəni dayandırması, həm də "Braqa"nın Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a məğlub olması Portuqaliya futbolu üçün ciddi zərbə oldu.

“Porto” isə Çempionlar Liqasının 1/8 final mərhələsinin “Arsenal”a qarşı hər iki oyununda əla oynadı (1:0, 0:1), lakin bəxtləri gətirmədi və penaltilər seriyasından sonra turnirdən kənar qaldı.

“Atalanta” ilə Avropa Liqasının 1/8 final mərhələsinin hər iki oyununda (1:2, 1:1) qol vuran “Sportinq” də peşman oldu.

“Benfika” Avropa Liqasının 1/4 finalına yüksələ bildi, lakin penaltilər seriyasında “Marsel”ə (0:1, 1:2) uduzdu".

Digər Xəbərlər
Xəbər Lenti