Yığmamızın qapıçısı qurtarışları ilə alqış qazandı - Super Liqadan VİDEO

5 May 2024 13:35 Qarabağ 1 645
Yığmamızın qapıçısı qurtarışları ilə alqış qazandı - Super Liqadan VİDEO

Türkiyə Superliqasında 35-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Demirspor" səfərdə "İstanbulspor"la qarşılaşıb.

Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Şahruddin də bu oyunun iştirakçısı olub. 29 yaşlı qapıçı meydana start heyətdə çıxıb və 5 seyvlə yadda qalıb.

"Adana Demirspor" 46 xalla 11-ci, "İstanbulspor" 16 xalla 20-ci-sonuncu pillədə qərarlaşıb. Siyahıya 93 xalla "Qalatasaray" başçılıq edir.

"İstanbulspor" - "Adana Demirspor" 0:1
Qol
: Barasi, 10

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib