COP29

“Qarabağ”da qalmağa üstünlük verdi, qazancı da artdı

5 May 11:05 Qarabağ 6 811
“Qarabağ”da qalmağa üstünlük verdi, qazancı da artdı

Bəhlul Mustafazadənin “Qarabağ”dakı taleyinə aydınlıq gəlib.

Premyer Liqa klubu 27 yaşlı müdafiəçinin sözləşməsini uzadıb.

Azərbaycan millisinin üzvü daha 3 il “köhlən atlılar“a xidmət edəcək.

Bəhlul 2021-ci ilin yayından “Qarabağ”da forma geyinir. O, bu mövsüm 38 oyunda 2 qol vurub.

Bir ara adı Avropanın bəzi ortabab klublarıyla yanaşı hallanan Bəhlul yayda başa çatacaq sözləşməsini indidən yeniləməklə gəlirinə də gəlir qatıb.

“Qəbələ“nin yetirməsinin illik qazancı əvvəlki mövüsilərlə müqayisədə yarıbayarı artacaq. Növbəti sezonlarda isə bu rəqəm bir qədər də böyüyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti