COP29

“Qarabağ” bu klubun üç addımlığında dayandı

30 Aprel 02:10 Qarabağ 639
“Qarabağ” bu klubun üç addımlığında dayandı

“Qarabağ”ın qollu oyunlar seriyası qırılıb.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın ardıcıl 30 görüşündə qol vuran Ağdam klubu XXXII turun “Sumqayıt”la qarşılaşmasında rəqib qapısına yol tapmayıb – 0:1.

Qurban Qurbanovun yetirmələri cari mövsüm bunadək yalınız ilk turun “Zirə” ilə görüşünü qolsuz tərk etmişdilər. Həmin matç da eyni hesabla bitib.

Ardıcıl 30 qarşılaşmada qol vurmaq Azərbaycan çempionatları tarixində ikinci göstəricidi.

“Qarabağ” 1993-95-ci illərdə ardıcıl 33 oyunda qol sevinci yaşayan “Turan”ın rekordunun üç addımlığında dayanıb.

Digər Xəbərlər
Xəbər Lenti