COP29

"Qarabağ" SUSDU

29 Aprel 12:40 Qarabağ 516
"Qarabağ" SUSDU

“Qarabağ”ın qollu oyunlar seriyası qırılıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının ardıcıl 30 matçında qol vuran Ağdam klubu XXXII turun “Sumqayıt”la görüşündə rəqib qapısına yol tapmayıb – 0:1.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv cari mövsüm bunadək yalnız ilk turun “Zirə” ilə görüşünü qolsuz tərk etmişdi. Həmin matç da eyni hesabla bitib.

Ardıcıl 30 qarşılaşmada qol vurmaq Azərbaycan çempionatları tarixində ikinci göstəricidir. “Qarabağ” 1993-1995-ci illərdə ardıcıl 33 oyunda qol sevinci yaşayan “Turan”ın rekordunun üç addımlığında dayanıb.

Digər Xəbərlər
Xəbər Lenti