Məşhur şəxs Azərbaycanın 7 klub nümayəndəsinin gözü qarşısında… VİDEO+FOTOLAR

26 Aprel 00:30 Qarabağ 424
Məşhur şəxs Azərbaycanın 7 klub nümayəndəsinin gözü qarşısında… VİDEO+FOTOLAR

İspaniyanın paytaxtı Madriddə Avropa Klublar Assosiasiyasının (ECA) İcraiyyə Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda qurumun İcraiyyə Komitəsinin və "Qarabağ"ın İdarə Heyətinin üzvü Asif Əsgərov da iştirak edib.

Toplantını ECA-nın rəhbəri, PSJ-nin prezidenti Nasser Əl-Xelaifi açıb.

O, bu mövsüm öz ölkələrinin çempionluğunu qazanmaları münasibəti ilə "Qarabağ" (Azərbaycan), "İnter" (İtaliya), "Bayer" (Almaniya) və "Ferensvaroş"u (Macarıstan) bu klubların iclasda iştirak edən rəsmiləri vasitəsi ilə təbrik edib.

İcraiyyə Komitəsinin iclasından sonra 400-dən çox Avropa klubunun iştirakı ilə əlaqələndirmə qruplarının görüşləri başlayıb.

Həmin görüşlərdə isə Azərbaycandan "Qarabağ", "Neftçi", "Səbail", "Kəpəz", "Sumqayıt", "Turan" və "Zirə"nin rəsmiləri iştirak edir.

FİFA və UEFA-nın rəsmən tanıdığı ECA-da qitənin 620 klubu üzv kimi təmsil olunur.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:





Digər Xəbərlər
Xəbər Lenti