"Qarabağ"ın futbolçuları “mühasirə”yə düşdülər, biri “aradan çıxdı” - VİDEO

25 Aprel 20:00 Qarabağ 6 308
"Qarabağ"ın futbolçuları “mühasirə”yə düşdülər, biri “aradan çıxdı” - VİDEO

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşündə "Qarabağ" "Neftçi"ni darmadağın etdi - 4:1.

Oyun başa çatandan somra "köhlən atlar"ın bəzi futbolçuları stadionu tərk etməkdə xeyli çətinliklə üzləşdi.

Arenanın giriş-çıxış qapıları qarşısına toplaşan gənclər Patrik Andrade ilə Yassin Benzianın şəxsi avtomobilini sözün əsl mənasında mühasirəyə almışdı.

Futbolçularla şəkil çəkdirmək, onlardan imza almaq həvəsinə düşən fanatların istəyini Andrade yerinə yetirsə də, Benzia sürəti artırıb aradan çıxmağı bacardı.

Arzusu reallaşan gənclərin sevincini görməyə dəyərdi.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti